"Fiorentina" Yunanıstanı FƏTH EDƏ BİLMƏDİ

Bu gün Konfrans Liqasının 2023/24 mövsümünün qalibi müəyyənləşib.

Titul.az xəbər verir ki, final matçında Yunanıstan "Olimpiakos"u İtaliya "Fiorentina"sını qəbul edib.

 Afinadakı "AEK Arena"da keçirilən oyunun əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Əlavə edilmiş ikinci 15 dəqiqədə "Olimpiakos" qol (Qol: Kaabi, 116-cı dəqiqə) vurub və 1:0 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Qeyd edək ki, "Fiorentina" isə ardıcıl 2-ci il finalda uduzub. Ötən mövsüm Konfrans Liqasının qalibi "Vest Hem" olmuşdu.

 

01:41 - 30 May 2024

Xəbər lenti