"Barselona" rəsmən AÇIQLADI - Yeni baş məşqçi ELAN EDİLDİ

"Barselona" baş məşqçisi Xavi Ernandeslə yollarını rəsmən ayırıb.

Titul.az xəbər verir ki, onunla 2024/25 mövsümünün sonuna qədər olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edildikdən sonra bu posta almaniyalı mütəxəssis Hans-Diter Flik təyin edilib.

Klub onun təyinatını rəsmi saytında açıqlayıb. Almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Flik daha əvvəl Almaniya millisi və "Bavariya"nın da sükanı arxasına olub.

14:03 - 29 May 2024

Xəbər lenti