Paşinyanı devirmək istəyən keşişə XƏBƏRDARLIQ EDİLDİ: “Hazır ol...”

 Paşinyanı devirmək istəyən keşişə XƏBƏRDARLIQ EDİLDİ: “Hazır ol...”

Ermənistan Baş naziri Aparatı İrəvandakı aksiyalar zamanı qanun pozuntularına yol verən keşiş Baqrat Qalstanyan və digər kilsə nümatyəndələrinə xəbərdarlıq edib.

Titul.az xəbər verir ki, aparat rəhbərinin müavini Taron Çaxoyan açıqlamasında bildirib ki, dövlət əleyhinə siyasətlə məşğul olan din xadimləri bunun siyasi bədəlini ödəməyə hazır olmalıdırlar.

"Kilsəni siyasi platformaya çevirənlər və dini xidməti siyasətlə əvəz edənlər heç kimdən üstün deyillər və dövlət əleyhinə apardıqları siyasətin bütün bədəllərini ödəyəcəklər”, - ölkə rəsmisi vurğulayıb.

Xatırladaq ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazaxın işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışıdılar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.

Qeyd edək ki, artıq keşiş öz dini fəaliyyətini dondurmaq və siyasətə qatılmaq üçün ermənilərin katalikosu II Qaregindən icazə alıb.

00:15 - 29 May 2024

Xəbər lenti