Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var.
Titul.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə görüşü zamanı deyib.
"Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik", - deyə dövlət başçısı bildirib.
23:32 - 28 May 2024