Ermənistanda Rusiya ilə bağlı gözlənilən QADAĞA

 Ermənistanda Rusiya ilə bağlı gözlənilən QADAĞA

Ermənistanda Rusiya ilə bağlı daha bir kəskin qərar qəbul edilib.

Titul.az xəbər verir ki, Rusiyanın "Birinci kanal"ının yayımı bu ölkədə dayandırılıb.

Bu barədə Ermənistanın Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib. Məlumatda o da qeyd edilib ki, mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlayacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Nazirlər Kabinetinin rəhbərinin fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı "çoxsaylı xəbərdarlıqlar" alıblar.

00:26 - 29 May 2024

Xəbər lenti