Türkiyə Superliqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
Titul.az xəbər verir ki, "Qalatasaray" son turda səfərdə "Konyaspor"a 3:1 hesabı ilə qalib gələrək çempion olub.
Bununla da xalını 102-yə yüksəldən "Cim-Bom" tarixində 24-cü dəfə ölkə çempionu adına sahiblənib.
Gümüş medalların sahibi isə "Qalatasaray"ın əzəli rəqibi "Fənərbağça" olub.
22:12 - 26 May 2024