Bir sıra ölkələrdə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Titul.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarında qeyd edilib.
Bildirilib ki, Kot-d"İvuar Respublikasının Komoe, Abican rayonlarında, Türkiyə Respublikasının Dənizli vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Vaşinqton, Nyu-York, Florida ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Qeyd edilib ki, həmin inzibati ərazi vahidlərində WOAH-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adı çəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb, eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
18:55 - 24 May 2024