Müğənni Sevda Əliqızı "7 tamam"da Nanə Ağamalıyevanın "Hansı mahnını oxuyacaqsınıız" sualınaverdiyi cavabla təəccübləndirib.
Titul.az xəbər verir ki, xanım sənətçi bildirib ki, "Bu gün pozitiv mahnılar oxuyacam. Çünki keçən dəfə verilişində lirik bəstə ifa etdim, bir həmkarım iradını bildirdi. Dedi ki, "Sevda xəstədir, özünə aid mahnı oxudu". Mən də cavab verdim ki, bunun heç bir adiyyatı yoxdur".
Sevda mahnını nəyəsə görə yox, zövqünə oxşadığı üçün ifa etdiyini bildirib:
"Xoşuma gələn mahnıdır. İllərdir ki, bu mahnını ifa edirəm. Bəlkə də o sənətçi həmin sözü pis məna ilə deməyib. Mən heç bu bəstəni özümə aid etməmişəm. Əksinə, çox gözəldir. Mahnıda "Öləndə torpağa tapşırma məni, son mənzil olacaq torpağım sənsən" sözləri var. Dedilər ki, gərək bunu oxumazdın".
Nanə Ağamalıyeva isə cavab olaraq bildirib ki, sözügedən mahnıda sənətçi qəmli notlara toxunduğu üçün həmkarları ondan belə neqativ mahnını ifa etməməsini demişdilər.
Qeyd edək ki, süd vəzisində şiş aşkarlanan müğənni ötən il əməliyyat olunmuşdu.
21:00 - 24 May 2024