"Həmin Zaur" verlişində qonaq olan Əməkdar artist Könül Kərimova etdiyi açıqlamalarla gündəmi zəbt edib.
Titul.az xəbər verir ki, müğənni bildirib ki, bir çox sənətçini efirə ilk dəfə o çıxardıb. Sənətçi ad çəkməkdən də çəkinməyib:
"Günay İbrahimlini, Damlanı, Ülviyyə Tağıyevanı efirə mən çıxartmışam. Hər zaman da haqqımda danışırlar. Aparıcı olduğum vaxtlarda Nuri Sərinləndiricini ilk dəfə mən efirə çağırmışam. Eyni zamanda Şəbnəm Tovuzlunu da ilk dəfə mən çıxartdım. istedadlıya dəstək olmaq istəyirəm. Onsuz pislər dünyanı alıb gedirlər".
16:46 - 24 May 2024