Reytin üçün "XƏRCLƏNDİM" - Nadir üsyan etdi

 Reytin üçün

Müğənni Nadir Qafarzadə əvvəllər aparıcıların reytinq üçün ondan istifadə etdiyinə görə peşmançılıq çəkir.

Titul.az xəbər verir ki, müğənni bu barədə qonağı olduğu "Günaylı gün" verilişində bildirib.

Məşhur müğənni bu zamana kimi dəfələrlə aparıcıların reytinq üçün istifadə edildiyini deyib:

"Çalışıram ki, gənclik illərində etdiyim şıltaqlıqları artıq etməyim. Demirəm ki, mənim səhvlərim olmayıb. Bəli, çoxlu səhvlərim olub. Lazımsız şeylər danışmışam. Onu da aparıcılar reytinqə görə mənim səmimiliyimdən, sadəliyimdən, ürəyimin yumuşaqlığından istifadə etdilər. Buna görə də həyatda mənə çox çətin olub. İndi o məqamlar yadıma düşəndə çox pis oluram. Onlar çalışdılar ki, məni reytinqə görə gözdən salsınlar, amma xalq mənim səmimiyyətimə inandı. Hərdən mənə yazıb deyirlər ki, ürəyi təmizdir. Bundan çox istifadə edirlər. Bu, məni bir az sakitləşdirir. Artıq çalışıram ki, səhvlər buraxmayım".

15:51 - 24 May 2024

Xəbər lenti