Türkiyənin Malatya şəhərinin Battalqazi rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.
Titul.az xəbər verir ki, təkanlar yerli vaxtla 17:46 radələrində qeydə alınıb.
AFAD-ın yaydığı məlumata görə, zəlzələ ocağı yerin 6,99 kilometr dərinliyində qeydə alınıb.
Birinci təkandan 3 dəqiqə sonra, saat 17:49 radələrində episentri Battalqazi rayonu olan 4,7 bal gücündə daha bir zəlzələ olub.
Sözügedən iki zəlzələdən sonra bölgədə daha 16 yeraltı təkan baş verib.
Dağıntı və itkilərlə bağlı məlumat verilməyib.
00:06 - 24 Noyabr 2023