Navas millidən GETDİ

 Navas millidən GETDİ

PSJ-nin çərçivə qoruyucusu Keylor Navas formasını geyindiyi Kosta-Rika millisindəki karyerasını başa vurduğunu elan edib.

Titul.az xəbər verir ki, bununla bağlı öz İnstaqram hesaında paylaşım edən 37 yaşlı qolkiper qərarını belə izah edib:

“Həyatımın məğlubiyyətlərlə və qələbələrlə dolu olan bu fəsli başa çatdı. Mən kiçik bir əraziyə, lakin nəhəng ruha malik sevimli Kosta-Rikamızın adını özümlə apararam. Bu millidən minnətdarlıqla və irəliyə baxan bir ürəklə ayrılıram”.

Qeyd edək ki, Navas 2008-ci ildən ölkəsinin millisinin əsas dəri əlcək sahiblərindən olub.

12:08 - 24 May 2024

Xəbər lenti