Rusiyada 46 yaşlı azərbaycanlı keçmiş məhkuma hökm oxunub.
Titul.az xəbər verir ki, Tula vilayətində azərbaycanlı iki adam öldürməkdə təqsirli bilinib.
Qeyd edək ki, pula görə boğaraq öldürdüyü kişini meşədə yandıran Mahmudov, hadisədən mərhumun həyat yoldaşının xəbər tutacağı təqdirdə ondan şübhələnəcəyin düşündüyü üçün qadını da qətlə yetirib. Onun da meyitini yandıraraq izi itirməyə çalışıb.
Ötən gün hökm oxunan Rəfail Mahmudov 24 il müddətinə azadlıqdan məhrum edilib.
10:03 - 24 May 2024