Əməkdar artist Gövhər Rzayeva "Elgizlə izlə" verilişində qonaq olub.
Titul.az xəbər verir ki, məşhur qarmon ustası verlişdə mərhum həyat yoldaşı ilə bağlı danışarkən maraqlı bir fakta toxunub.
Əməkdar artist həyat yoldaşının başqa qadından da övladı olduğunu etiraf edib:
"Həyat yoldaşım 3 il əvvəl rəhmətə gedib. O mənim başıma dolanırdı. Mən də ondan o diqqəti görmüşəm. Həyat yoldaşım balalarımın atasıdır. Hər adam yaxşılığı başa düşmür. Adamı gic yerinə qoyurlar. Ona görə özünü yormağa dəyməz. Həyat hərəyə bir cür çatır. Həyat yoldaşımın qəbri üstünə gedib, ziyarət edirəm. Gözümü açıb onu görmüşəm. Onun ikinci arvadından bir qız övladı var. Amma mənim onlarla münasibətim yoxdur".
10:15 - 24 May 2024