ABŞ-dən Gürcüstanla bağlı SƏRT QƏRAR

 ABŞ-dən Gürcüstanla bağlı SƏRT QƏRAR

Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edildiyi üçün ABŞ dövlət katibi Entoni Blinken ölkə daxilində kütləvi etirazlara səbəb olan bu qanundan dolayı Gürcüstan rəsmiləri üçün yeni viza məhdudiyyətlərini elan edib.

Titul.az xəbər verir ki, Blinken Gürcüstan hökümətini insan haqlarını pozmaqda günahlandırıb.

O bildirib ki, son bir neçə ayda hakim “Gürcü Arzusu” partiyası söz və sərbəst toplaşmaq azadlığını boğacaq, Gürcüstan vətəndaşlarına xidmət edən təşkilatlara zərər verəcək və müstəqil medianın işinə mane olacaq qanunlar qəbul edib.

Blinken qeyd edib ki, etirazları yatırmaq üçün istifadə edilən qayda və repressiya taktikası Gürcüstan demokratiyası və gürcü xalqının hüququ olan əsas azadlıqlara xələl gətirir və bunlar Gürcüstanın konstitusiyasında əksini tapmış Gürcüstanla Avro-Atlantik əməkdaşlıq və ABŞ ilə uzunmüddətli strateji tərəfdaşlıq məqsədlərinə ziddir:

"Baş verənlərə cavab olaraq, ABŞ Dövlət Departamenti Gürcüstanda demokratiyanın pozulması və dinc etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyan şəxslər və onların ailə üzvlərinə şamil edilən yeni viza məhdudiyyəti siyasətini tətbiq edəcək".

 

10:51 - 24 May 2024

Xəbər lenti