Makron Putini TƏNQİD ETDİ - Təklifini rədd etdiyi üçün...

 Makron Putini TƏNQİD ETDİ - Təklifini rədd etdiyi üçün...

Rusiya  prezidenti Vladimir Putin Makronun Olimpiya Oyunları zamanı atəşkəs təklifini rədd edib.

Titul.az xəbər verir ki, CNBC-nin yaydığı məlumata görə, Fransa lideri rusiyalı həmkarını bu qərarına görə tənqid edib.

E.Makron bildirib ki, Putinin bu mövqeyi onun atəşkəsə hazır olmadığını sübut edir:

“Bu, anlamaq üçün vacib bir məqamdır, çünki indiyədək Putin sülhə açıq olduğunu bəyan edib. Putinə indi konkret sülh təklifi var, lakin onu rədd edir. Buna görə də dünyada hər kəs başa düşür ki, o öz müharibəsini başlamağa qərar verib və sülhə hazır deyil”.

Qeyd edək ki, Rusiya ilə UKrayna arasında davam edən müharibə 2022-ci ilin fevralın 24-dən başlayıb.

10:31 - 24 May 2024

Xəbər lenti