“Ayaks”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Titul.az xəbər verir ki, Niderland klubunun rəsmi saytının yaydığı məlumata görə, Amsterdam təmsilçisi italiyalı mütəxəssis Françesko Farioliyə tapşırılıb.
3 illik müqavilə imzalanan futbol adamının 35 yaşı var.
Qeyd edək ki, Fariolinin sonuncu iş yeri “Nitsa” (Fransa) olub. O, əvvəllər Türkiyənin “Alanyaspor” və “Fatih Karagümrük” komandalarının da sükanı arxasında olub.
09:07 - 24 May 2024