"Əl-Hilal" 24 yaşlı bu ulduz futbolçu üçün 100 milyonundan keçməyə hazırdır

"Milan"ın və Portuqaliya millisinin ulduz futbolçusu Rafael Leau karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirməyə yaxındır.

Titul.az xəbər verir ki, 24 yaşlı vinger ilə Səudiyyə Ərəbistanı çempionu “Əl-Hilal” maraqlanır.

Klub Leaunun transferini reallaşdırmaq üçün portuqaliyalı oyunçuya görə "Milan"a 100 milyondan çox təklif etməyə hazırdır.

Artıq ilk rəsmi təklif üçün klub çox gözləmək fikrində deyil, bu, həftə sonu baş verə bilər.

Qeyd edək ki, Leaunun "Milan"la 2028-ci ilin yayına kimi müqaviləsi mövcuddur.

17:08 - 23 May 2024

Xəbər lenti