İbrahim Rəisinin ölümü ilə bağlı araşdırmanın ilkin NƏTİCƏLƏRİ AÇIQLANDI

 İbrahim Rəisinin ölümü ilə bağlı araşdırmanın ilkin NƏTİCƏLƏRİ AÇIQLANDI

Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.

Titul.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

İlkin nəticələrə görə, qəzaya uğrayan helikopterin qalıqlarında güllə və ya zərbə izlərinə rast gəlinməyib.

Qeyd edilib ki, helikopter yalnız dağla toqquşduqdan sonra alovlanıb.

Helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

 

23:45 - 23 May 2024

Xəbər lenti