Ermənistanın Baş naziri Nikol Paşinyanın dünən ölkə parlamentində hökumət saatında çıxış edərkən toxunduğu bir çox məsəsələlərə aydınlıq gəlib.
Titul.az xəbər verir ki, Nikol Paşinyan sözügedən çıxışı zamanı Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın açıqlamalarına tutarlı cavabları ilə diqqət çəkib.
Paşinyanın Qalstanyanı və ona "yol göstərənləri" nəzərdə tutaraq deyib: “gözlənilməzlik hərəkatı” edirik deyən şəxslər birbaşa olaraq dövlətçilik, müstəqillik, suverenlik və vətəndaşlıq əleyhinə hallara yol açırlar: “Onlar İrəvanın mərkəzində kafedə əyləşərək Qarsı xəyal etmək istəyirlər. Amma onlar bununla İrəvanı itirəcəklər.
Real Ermənistanla Tarixi Ermənistan arasında fərq budur. Onlar istəyirlər ki, insanlar real Qafanda əyləşərək Zəngilanı arzulasınlar. Onlar bununla Real Ermənistanı və real Qafanı itirəcəklər. Real Ermənistan gələcəyə yönəlib, konkretdir, biz real sərhədini bilirik”.
10:28 - 23 May 2024