İran Azərbaycan və Türkiyəni siyahıdan sildi - FOTOFAKT

 İran Azərbaycan və Türkiyəni siyahıdan sildi - FOTOFAKT

İran 19 mayda helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı verən ölkələrə təşəkkür məqsədilə həmin ölkələrin bayrağının əs olunduğu ümumi foto paylaşıb.

Titul.az xəbər verir ki, burada diqqətçəkən məqam Rəisinin fotosu fonunda başsağlığı verən ölkələrin bayraqları sırasında Azərbaycan və Türkiyənin yer almamasıdır.

Maraqlıdır ki, paylaşımın ingiliscə versiyasından fərqli olaraq, fars dilində olan versiyasında məhz bu faktla qarşılaşmaq mümkündür.

Halbuki Azərbaycan və Türkiyə ilk başsağlığı verən, eyni zamanda helikopterin qalıqlarının tapılması üçün köməyini təklif edən ölkələrdir. Hətta Türkiyə "Akınçı" PUA-sı ilə bu axtarışlarda birbaşa iştirak etdi və onun sayəsində qəzanın baş verdiyi ərazi müəyyən edildi.

13:41 - 23 May 2024

Xəbər lenti