RTÜK-ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) sədri Ebubekir Şahin ölkədə yayımlanan bəzi proqramlara xəbərdarlıq edib.
Titul.az xəbər verir ki, E.Şahin bildirib ki, gündüz saatlarında yayımlanan proqramlarda dəyişikliklər edilməyəcəyi təqdirdə cəza və cərimələr tətbiq olunacaq.
O bildirib ki, sosial proqramlar və seriallar ən çox nəzarət edilən sahədir:
"Evlilik proqramları qaldırıldı, yerinə başqa şeylər yayımlandı. Türkiyədə ən çox pul gətirən, əyləndirən, reytinq yığan gündüz vaxtı proqramlardır. Burada qadının təhsili, işi, uşaqlara qulluq kimi şeylər təbliğ olunana qədər davam edəcəyik. Bu cür proqram və serialları çox cəzalandırdıq, onlarda ölçü anlayışı yoxdur. Burada xalqın da üzərinə yük düşür, izləməyəcək. RTÜK olaraq son həddəyik. Belə proqramlarla bağlı son qərarlardır, çünki artıq dözə bilmirik. Ya özlərini toparlayacaqlar, ya da biz lazım olanı edəcəyik. Seriallarla isə lazım olanı edirik".
09:18 - 23 May 2024