Rusiyada 16 yaşlı azərbaycanlı azyaşlını güllələdi - FOTO

 Rusiyada 16 yaşlı azərbaycanlı azyaşlını güllələdi - FOTO

Rusiyanın Pıt-Yax şəhərində 16 yaşlı Azərbaycan vətəndaşı cinayət hadisəsi törədib.

Titul.az xəbər verir ki, 16 yaşlı miqrant yeniyetmə 10 yaşlı uşağı ayağından güllələyib.

Güllə onun bud nahiyəsinə dəyib. Hüquq-mühafizə orqanlarının əməkdaşlı azərbaycanlı yeniyetməni saxlayıb və ondan pnevmatik tapança götürüblər. Məlum olub ki, o, silahı azyaşlı dostundan alıb.

Yeniyetməyə qarşı “Xuliqanlıq” (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

10:06 - 23 May 2024

Xəbər lenti