Türkiyənin Kocaeli şəhərinin Gölcük qəsəbəsində dəhşətli qətl hadisəsinin üstü açılıb.
Titul.az xəbər verir ki,18 may gecəsi bir yük maşınının uçurumdan aşdığı xəbərdarlığına gedən xilasedicilər Rümeysa Meriç Özcanın (18) cansız bədəniylə qarşılaşıblar.
Rümeysanın boynunda ip aşkar edildikdən sonra polislər araşdırmaya başlayıblar. Hadisə ilə bağlı 5 nəfər saxlanılıb. Məlum olub ki, Rümeysanın sevgilisi T.A. (22), dindirilərkən intim əlaqədə olmaq təklifini rəddedən gənc qızı döydüyünü, bundan sonra onun hərəkətsiz qaldığını düşünərək avtomobil qəzası mənzərəsi yaratmaq üçün boynundan iplə yük maşınına bağlayıb onu uçurumdan buraxıb.
Maraqlı məqam ondan ibarətdir ki, xilasedicilərə də xəbər verən şəxs T.A. olub.
Cinayət işi açılıb, araşdırma davam etdirilir.
10:32 - 23 May 2024