Fransalı məşhur aktyor Jerar Depardye italyan fotoqraf Rino Barillariyə ("Paparazzi kralı" kimi tanınır) hücum etməkdə təqsirləndirilir.
Titul.az xəbər verir ki, “The New York Times”in myaydığı məlumata görə, hadisə Romanın Via Veneto küçəsində yerləşən kafelərin birində baş verib.
Aktyor Rino Barillari tərəfindən diqqət çəkib və onun bir neçə fotosunu çəkib. Fotoqrafdan dəfələrlə çəkilişləri dayandırması tələb olunsa da o buna əməl etməyib. Aktyorun yoldaşı Maqda Vavrusova isə ona yaxınlaşaraq qışqırmağa başlayıb. Bundan sonra Depardye özü fotoqrafa yaxınlaşaraq ona bir neçə zərbə endirib.
Qeyd edək ki, bu ilin aprelin sonlarında səhər saatlarında Parisdə polis bölməsinə çağırılıb və barəsində saxlanılma qərarı verilib. Aktyora iki qadına qarşı cinsi təcavüz ittihamı ilə bağlı saxlanıldığı bildirilib. Vurğulanıb ki, ilk hadisə 2014-cü ildə “Sehrbaz və siamlar” (“Magicien et les Siamois”, 2015) filminin, ikinci hadisə isə 2021-ci ildə “Yaşıl panjurlar” (“Les Volets verts”, 2022) filminin çəkiliş meydançasında baş verib. Aktyor özü bütün ittihamları rədd edib.
Xatırladaq ki, daha əvvəl Jerar Depardyeyə qarşı bir neçə analoji şikayətlər verilib. Ən son şikayətlərdən biri ispaniyalı jurnalist Rut Basa tərəfindən qalıdırlıb. Basanın sözlərinə görə, hadisə 1995-ci ildə, o, 23 yaşında ikən Parisdə “Cinemania” jurnalı üçün aktyordan müsahibə aldığı zaman baş verib.
19:13 - 22 May 2024