Ermənistan İstintaq Komitəsi Hayko Hraçya Qevondyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib.
Titul.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə, Konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizlik üzrə cinayətlərin araşdırılması üzrə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaqın məlumatına görə, müxalif siyasi blokun nümayəndələrindən birinə yaxın olan Qevondyan ölkə liderinin daxili və xarici siyasəti ilə razılaşmayaraq, hələlik şəxsiyyəti məlum olmayan bir qrup şəxslə birlikdə hökumət, parlament və polisin binalarını ələ keçirməyi planlaşdırıb.
Lakin ondan asılı olmayan şəraitə görə Gevondyan planını həyata keçirə bilməyib, çünki onun planı Daxili İşlər Nazirliyi tərəfindən aşkar edilib.
Qeyd edək ki, Hayko Hraçya Qevondyan Ermənistanda tanınmış müğənni Spitaktsinin oğludur.
23:02 - 22 May 2024