“Qarabağ”ın qapıçısı Avropa çempionatı yolunda

 “Qarabağ”ın qapıçısı Avropa çempionatı yolunda

Futbol üzrə Gürcüstan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb.

Titul.az Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Villi Sanyol 26 nəfərlik siyahıya “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilinin də adını daxil edib.

Ondan əlavə Gürcüstan millisinin çərçivə qoruyucuları sırasında Giorgi Mamardaşvili (“Valensiya”, İspaniya ) və Giorgi Lorianın (“Dinamo Tbilisi”, Gürcüstan) adı var.

Müdafiəçilər: Solomon Kverkveliya (“Əl-Uhdud”, Səudiyyə Ərəbistanı), Giorgi Qvelesiani (“Persepolis”, İran), Quram Kaşiya (“Slovan”, Slovakiya), Cemal Tabidze (“Panetolikos”, Yunanıstan), Laşa Dvali (APOEL, Kipr), Luka Loçoşvili (“Kremoneze”, İtaliya), Otar Kakabadze (“Krakoviya”, Polşa), Giorgi Qoçoleişvili (“Şaxtyor”, Ukrayna);

Yarımmüdafiəçilər: Giorgi Çakvetadze (“Uotford”, İngiltərə), Anzor Mekvabişvili (“Universitatya”, Rumıniya), Jaba Kankava (“Slovan”), Otar Kiteişvili (“Şturm”, Avstriya), Nika Kvekveskiri (“Lex”, Polşa ), Giorgi Koçoraşvili (“Levante”, İspaniya), Sandro Altunaşvili (“Volfsberger”, Avstriya), Levan Şengeliya (“Panetolikos”), Giorgi Tsitaişvili (“Dinamo Batumi”), Saba Lobjanidze (“Atlanta”, ABŞ);

Hücumçular: Zuriko Davitaşvili (“Bordo”, Fransa), Budu Zivzivadze (“Karlsrue”, Almaniya), Jorj Mikautadze (“Ayaks”, Niderland), Georgi Kvilitaya (APOEL, Kipr), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya).

Qeyd edək ki, Gürcüstan millisi Portuqaliya, Türkiyə və Çexiya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

15:02 - 22 May 2024

Xəbər lenti