Aparıcı Yusif Ağayev qonaq olduğu “O üz” verilişində şou-biznes sferasının çox vəfasız olduğundan giley edib.
Titul.az xəbər verir ki, Yusif Ağayev bildirib ki, efirdən uzaqlaşandan sonra ona bir Xalq artisti Zülfiyyə Xanbabayeva və Əməkdar artist Xumar Qədimova zəng vurub.
Y.Ağayev vaxtı ilə hörmət gördüyü məşhurların efir məkanından uzaqlaşandan sonra gözünə dəymədiyindən narahatlığını bildirib:
“Elə müğənni vardı ki, məni görəndə ayağa qalxıb deyirdi ki, “Yusif, sənin üzərimdə haqqın var”. İndi isə heç yadına belə düşmürəm. Məsəl var, deyirlər ki, “Uman yerdən küsərlər”. İllər əvvəl bir məşhur ulduz mənə mesaj yazıb. O mesajı saxlasaydım, bu dəqiqə onun milyonluq qiyməti vardı. Hazırda o müğənni Azərbaycanda “meqa” ulduzdur. Müğənnilər arasında ondan yuxarı heç kim yoxdur. Amma onun adını açıqlamayacağam. O, mesajda yazmışdı ki, “Əldən gedirəm, kömək et. Zaman gələr mən də sənə dəstək çıxaram”. Mən də onun dediyini etdim. Amma ondan heç nə gözləmirəm. Sadəcə, etdiyimin əvəzində xoş münasibət gözlədim. Amma görmədim. Çox sevinirəm ki, həmin insanlar artıq teleradio sahəsində yoxdurlar. Olanlar da münasibətlərini “180 dərəcə” elə dəyişiblər ki, inanın, hərdən şok yaşayıram".
11:11 - 22 May 2024