"Ona şapalaq lazımdır" - Xalq artisti özündən çıxdı

"Gəl, danış" proqramında qonaq olan Xalq artisti Şeyx Əbdül Mahmudov açıqlaması ilə müzakirələrə səbəb olub. 

Titul.az xəbər verir ki, proqramda qızı evdən qaçan ata verilişə müraciət edərək yardım istəyib.

Qızın atası ilə görüşmədiyini eşidən Şeyx Əbdül özündən çıxıb:

"Köhnə kişi olduğum üçün deyirəm ki, şapalaq mütləq lazımdır. Əlavə olaraq deyirəm ki, müəllim şapalağı da lazımdır. Bu şapalaqların sayı azaldığı üçün yolumuzu azırıq". 

10:59 - 22 May 2024

Xəbər lenti