Azərbaycanda FACİƏ - Ölən və xeyli sayda yaralı var

 Azərbaycanda FACİƏ - Ölən və xeyli sayda yaralı var

Bərdə rayonunun Yeni Daşkənd kəndində keçirilən yas mərasimində bədbəxt hadisə baş verib.

Titul.az xəbər verir ki, yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsində olan otaqlardan birində toplaşıblar.

Qəflətən döşəmənin çökməsi nəticəsində xeyli şəxs xəsarət alıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bərdə rayonunda baş verən hadisədə xəsarət alan vətəndaşlarla bağlı məlumatı nəzərinizə çatdırırıq.

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisə ilə əlaqədar olaraq Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər yerləşdirilib. 

1 nəfərdə xəstəxanayaqədər ölüm halı qeydə alınıb. Digər şəxslərin ümumi müayinələri davam etdirilir.

Əlavə məlumat veriləcək.

14:25 - 23 Noyabr 2023

Xəbər lenti