Messi ilə bağlı inanılmaz İDDİA - Şübhəli bilinir

 Messi ilə bağlı inanılmaz İDDİA - Şübhəli bilinir

Lionel Messi və Jerar Pike, həmçinin İspaniya Kral Futbol Federasiyasının keçmiş rəhbəri Luis Rubiales, eləcə də Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin COVID-19 zamanı UEFA vəsaitlərinin mənimsənilməsində şübhəli bilinirlər.

Titul.az xəbər verir ki, həmin şəxslərin pandemiya səbəbindən kəsilən maaşlarının bir hissəsini kompensasiya etmək üçün UEFA-nın vəsaitlərini futbolçulara “yönləndirməyə” cəhd etdiklərini göstərən mətn mesajları və səs yazıları aşkar edilib.

COVID-19 pandemiyası zamanı Kataloniya komandasının rəhbərliyi futbolçuların maaşlarını 70% azaltmaq niyyətində olub. Vəsaitlərin “yönləndirilməsi” ilə bağlı ilk söhbət 2020-ci ilin yazında, Pike Rubialesə Messinin maaşların kəsilməsi ilə bağlı narahatlığını çatdıranda gündəmə gəlib. Bundan sonra Rubiales Çeferinlə əlaqə saxlayıb və onun maaşlarını UEFA fondu ilə kompensasiya etməyi təklif edib.Messi 2021-ci ildə “Barselona”dan ayrılaraq, PSJ-yə keçib. Burada iki il oynayıb və hazırda ABŞ-ın “İnter Mayami” klubunda oynayır. Pike 2022-ci ildə karyerasını başa vurduğunu açıqlayıb. Rubiales 2023-cü il Qadınlararası Dünya Çempionatından sonra futbolçu Cenni Hermosonun öpüşü ilə bağlı qalmaqala görə vəzifəsindən uzaqlaşdırılıb.

Çeferin isə hələ də vəzifəsini öz postundadır.

09:43 - 22 May 2024

Xəbər lenti