İtaliyalı məşhur futbol mütəxəssisi Klaudio Ranyeri karyerasını bitirmək qərarına gəlib.
Titul.az xəbər verir ki, bu barədə hazırda onun çalışdırdığı "Kalyari" klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, A seriyasının son turunda "Fiorentina" ilə keçiriləcək görüş 72 yaşlı Ranyerinin məşqçi kimi son oyunu olacaq.
Ranyeri özü bununla bağlı açıqlamasında bildirib: "Mən ayrılmaq qərarına gəldim və bu, düzgün qərardır. Bunu istəksizcə edirəm, çünki çətin və ağrılı bir qərar idi, amma bunun doğru olduğunu düşünürəm".
Qeyd edək ki, Ranyeri "Napoli", "Fiorentina", "Atletiko", "Lester", "Çelsi", "Valensiya" "Roma", "İnter", "Sampdoriya", "Monako", "Nant", "Fulhem", "Uotford" klubunu da çalışdırıb. O, “Lester”in baş məşqçisi olarkən komandası 2015/2016 mövsümündə İngiltərə çempionu olub. Ranyeri “Fiorentina”nı ilə İtaliya kubokunun qalibi olub. O, həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Superkubokunu (2004) qazanıb.
09:04 - 22 May 2024