Müğənni Əli Mirəliyev və aparıcı-prodüser Tarix Əliyev (Tolik) arasında efirdə qalmaqal yaşanıb.
Titul.az bizim.media-ya istinadla xəbər verir ki, buna səbəb sənətçinin qonaq olduğu "Elgiz izlə" ictimai-sosial verilişində qohumu, mərhum Xalq artisti İlhamə Quliyeva haqqında söylədiyi "Mən onun "ağsaqqalı" olmuşam" sözləri olub.
Tolik əsəbi halda "Əli Mirəliyev, rəhmətlik İlhamə Quliyeva sizi çox istəyirdi? Amma bu suala dəqiq və səmimi cavab verin" dəyə Əli Mirəliyevə sual ünvanlayıb.
Müğənni isə qısa olaraq "Yox! O, heç kimi çox istəməyib" cavabını verib.
Bundan sonra Tolik Əli Mirəliyev ilə mərhum Xalq artisti İlhamə Quliyeva ilə münasibətlərindən danışıb.
Prodüser bildirib ki, mərhum heç zaman Ə.Mirəliyevi yaxınına buraxmayıb:
"İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxanın toyunu mən prodüser olaraq təşkil etmişdim. Siz Əli müəllim orada yox idiniz. O toyda nə siz, nə sizin qızınız, nə dəki sizin həyat yoldaşınız vardı. İlhamə Quliyevanı Cənab Prezidentimiz "Şəfər" ordeni ilə mükafatlandırmışdı. Bu münasibətlə İlhamə xanım üçün məclis təşkil etmişdim. Orada 300 qonaq vardı. Nə sən, nə sənin qızın, nə dəki həyat yoldaşın o məclisdə yox idi. İlhamə Quliyeva ölümündən 3 gün əvvəl keçirdiyim tədbirdə iştirak etmişdi. İlhamə xanım siz Əli Mirəliyevi heç qapısına belə qoymurdu.
Niyə yalan deyirsiniz ki, o, sizi evinə gəlməyə icazə verirdi? Nə boş-boş camaatı aldadırsınız?
5 il İlhamə Quliyevanın yanında olmuşam. Bir dəfə də olsun onun nə tədbirində, nə evində, nə dəki masasında görmüşük. Niyə çıxıb yalandan deyirsiniz ki, İlhamə Quliyeva sizə deyib ki, qohumlarımdan, bacım İradədən mənə əzizsən? Harada deyib bu sözü İlhamə xanım? Boş-boş danışma. O sizin ailənizi heç Orxanın toyuna belə çağırmadı. O qoymadı ki, siz ora gələsiniz. Sizi heç qapıdan içəri belə qoymadı. Siz niyə çıxıb efirdə ölənin arxasınca danışırsız? Siz İlhamə Quliyevanın sağlığında heç zaman ürək edib onun üzünə deyə bilməzdiniz ki, Flora xanım siz İlhamə xanımdan daha yaxşı oxuyur... İndi boş-boş ağzınızı açıb, deyirsiniz ki, güya belə sözlər demisiniz İlhamə xanıma. Siz İlhamə Quliyevanın üzünə çıxan insan idiniz? Siz heç İlhamə xanımın sağikən onun bacısı İradə xanımın qapısına gedirdiniz? Onlar sizi heç qapısına belə qoymurdular. Ayıbdır, yekə kişisiniz...
Belə yalan sözlər niyə danışırsınız?
Deyirsiniz ki, İlhamə Quliyeva məni yanına çağırıb....Vallah İlhamə xanım Əli Mirəliyevi heç həndəvərinə qoymurdu... Sizin qızınız və xanımınız hər zaman qalmaqallardan uzaq olub. İlhamə xanım dünyasını dəyişəndən sonra o qədər yalanlar danışdınız ki... Mən hər gün İlhamə xanımın yanında olmuşam. Onun hətta "Hammer" markalı avtomobili mənim adıma idi... Mən o avtomobilin sükanı arxasına əyləşib İlhamə xanımı rayonlara aparırdım. Amma bir dəfə də olsun sizi nə onun yanında gördüm, nə də ki onun sizin adınızı çəkməyini eşitdim. Siz amma çıxıb efirlərdə deyirsiniz ki, güya mən Əli Mirəliyev İlhamə Quliyevanın "ağsaqqalı" olmuşam. Olmaz bu qədər yalan danışmaq".
Qeyd edək ki, Əli Mirəliyev sözügedən proqramda bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyeva xəstəikən ona baxan qızı Samirə olub.
13:16 - 23 Noyabr 2023