“Milan”ın yeni baş məşqçisi o ola bilər

 “Milan”ın yeni baş məşqçisi o ola bilər

Roberto De Zerbi "Brayton"un baş məşqçisi postunu tərk edib.

Titul.az xəbər verir ki, buna səbəb bəzi futbol məsələlərində klub rəhbərliyi ilə razılaşmadığı göstərilir.

De Zerbinin özü heç bir başqa klubla razılaşmasının olmadığını bildirməyə müvəffəq olub, baxmayaraq ki, bundan əvvəl media onu "Bavariya"ya göndərməyə tələsib. Bu məlumat sonda təkzib olunub.

“Gazzetta dello Sport”a görə, “Milan” De Zerbinin sərbəst qalmasından istifadə etmək qərarına gəlib və yaxın günlərdə mütəxəssislə İtaliyaya mümkün dönüşü müzakirə edəcək.

Hazırda "Milan"ın baş məşqçisi postuna əsas namizəd Paulo Fonseka göstərilir.

13:06 - 20 May 2024

Xəbər lenti