Namiq Qaraçuxurludan KRİTİK QƏRAR: Biletləri qaytarın...

 Namiq Qaraçuxurludan KRİTİK QƏRAR: Biletləri qaytarın...

Namiq Qaraçuxurlu mayın 26-da Lənkəran Olimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılan konserti ilə bağlı dəyişiklik etməyə məcbur qalıb.

Titul.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında verdiyi məlumata görə, konsert məkanın yeri və tarixi dəyişdiriləcək:

"Müəyyən gileylər gəlir, bəzi insanlar zəng edir ki, ailəmlə gəlmək istəyirəm, amma orada cərgə məsələsi yoxdur. Olimpiya İdman Kompleksini insan tutumuna görə seçmişdik, amma müəyyən şeyləri nəzərə almamışdıq. Ona görə də reaksiyalar başqadır. Lənkəranda başqa bir məkanda konsert edəcəyik, təbii ki, məcburi gün də dəyişir. Ola bilər ki, konsert 2 gün olsun. Sizin rahatlığınızı düşünürük. Bilet alanlar isə mütləq qaytarsınlar, çünki onunla yeni məkanda yer götürə bilməyəcəksiniz. Orada sıra məsələsi var. Mən sizə yeni məkanı sosial şəbəkədən açıqlayacağam, inşallah görüşəcəyik".

19:18 - 20 May 2024

Xəbər lenti