Uzun müddətdir efirlərdə az-az görünən Natavan Həbibi ailəsi haqda "Qonaqcanlı" proqramında maraqlı açıqlamalar edib.
Titul.az xəbər verir ki, Natavan oğlu Zeydin atası, reper Səid Əliyevlə (Dado) münasibətindən ağızdolusu danışıb.
Natavan bildirib ki, ana olduqdan sonra özünü ikinci plana atıb:
"Hər il ad günü edirdim. Amma indi bu diqqət oğluma yönəlib. Ana olandan sonra həyatımda hər şey dəyişilib. İşdən uzaqlaşmışam. Səbəbdə odur ki, Zeydə vaxtımı ayırım. Onu 40 il gözləmişəm. İstəyirəm bu şirin vaxtlarında yanında olum, ondan doyum. Biz səhər evdən çıxanda, səhərəyaxın qayıdırıq. Ona görə də uzaqlaşıb, uşaqla vaxt keçirirəm. Ən böyük arzum idi ki, övladım və əsas da oğlum olsun. İndi istədiyim vaxt evdən çıxıram, istəməyəndə otururam uşağımın yanında".
15:35 - 20 May 2024