"Ağzınızı elə cıraram ki, tikməyə..." - Türkan canlıda HƏDƏLƏDİ - VİDEO

Müğənni Türkan Vəlizadə TikTok-da açdığı canlıda qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Titul.az xəbər verir ki, qadın ifaçı adını açıqlamadığı həmkarının ünvanına təhqiramiz ifadələr işlədib.

Müğənni canlıda efirdəkindən fərqli, tamamilə başqa bir insan təəssüratı bağışlayıb:

"O bəzi fanatlar, ağzınızı cıraram. Özü də elə cıraram ki, tikməyə iynə-sapınız olmaz. Sizin başınızın üstündə dayanan o böyüyünüzün də ağzını cıraram. Bu mahnının möhürünü vurdum. Necə vuruldusa, vurulandan sonra o birilərinə dəydi. O "peçatı" alınlarına qoydular". 

Qeyd edək ki, Türkan Vəlizadə ilə Vəfa Şərifova arasında son günlər yaşanan mahnı qalmaqalı getdikcə böyüyür. 

 

19:31 - 20 May 2024

Xəbər lenti