Parkinson xəstəsi olan məşhur şəxs Bakıda əməliyyat olunacaq - Azərbaycanda ikinci dəfə - FOTO

 Parkinson xəstəsi olan məşhur şəxs Bakıda əməliyyat olunacaq - Azərbaycanda ikinci dəfə - FOTO

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyevdən xəbər var.

Titul.az-ın əldə etdiyi məlumata görə, məşhur aktyor yaxın günlərdə əməliyyat olunacaq. Onun bu əməliyyatı Bakıda gerçəkləşəcək.

Unikal əməliyyatlardan hesab edilən beyinə çip yerləşdirmə əməliyyatı buna kimi Bakıda cəmi bir nəfərdə icra edilib. 

Xatırladaq ki, aylar əvvəl aktyor qonaq olduğu verilişlərin birində demişdi:

“Şükür ki, artıq Azərbaycanda da beyinə çip yerləşdirmə əməliyyatını edirlər. Qazaxıstanda bu əməliyyatın qiyməti 10 min dollardan çox idi. Türkiyədən gələn həkimlər demişdilər ki, sənətçidir, 30 minə yox, 25 min dollara edərik. Bu yaxınlarda isə Türkiyədən bir professor gəlmişdi, o da dedi ki, aparaq Türkiyədə edək, amma mən qorxdum, razılaşmadım. Şükür ki, indi Azərbaycanda var”.

11:15 - 21 May 2024

Xəbər lenti