İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyətin iki gün əvvəl - 19 mayda helikopter qəzasında fəaciəbi şəkildə həlak olmasından sonra onun nəşinin ilk dəfə görüntüləri yayılıb.
Titul.az xəbər verir ki, görüntülərdə keçmiş prezidentin tabutda kəfənlənmiş nəşi əksini tapıb.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.
09:53 - 21 May 2024