Alimlər Mİsirdə piramidaların yaxınlığında Nil çayının qurumuş qolunu tapıblar.
Titul.az "Nature"yə istinadən xəbər verir ki, bu tapıntı piramidaların inşasının sirrini açıqlayır.
Hazırda piramidalar Nil çayından on kilometrlərlə aralıda yerləşir, lakin misirşünaslar əvvəllər Nilin onlara daha yaxın olduğu qənaətindədirlər. Peyk çəkilişləri və geoloji məlumatlar təsdiq etdi ki, tədqiqatçıların Nil çayının Əhramat Qolu adlandırdıqları qolu bir neçə min il əvvəl bölgənin bir çox əsas yerlərinin yaxınlığında istifadə edilib.
Alimlər hesab edirlər ki, bu kəşf qədim misirlilərin seçilmiş yerdə niyə piramidalar tikdiyini izah etməyə kömək edə bilər.
19:50 - 18 May 2024