Vəkilin yeniyetmə oğlu ADAM ÖLDÜRDÜ

 Vəkilin yeniyetmə oğlu ADAM ÖLDÜRDÜ

Rusiyada Semyon Melnitskin adlı vəkilin 16 yaşlı oğlu Moskvada xadimənin qətlinə görə saxlanılıb.

Titul.az xəbər verir ki, o, 67 yaşlı qadına bıçaqla hücum edib.

Məlum olub ki, əvvəlcə Melnitski həmin axşam ev işçisi ilə mübahisə edib. Sonra o, qadın vanna otağına girənə qədər gözləyib. Ardınca mətbəxdən bıçaq götürərək, ona hücum edib və təxminən 10 dəfə zərbə endirib. Qadın yerindəcə keçinib. Yeniyetmə ifadəsində heç nə xatırlamadığını bildirib.

Cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

19:20 - 18 May 2024

Xəbər lenti