Rusiyanın doqquz yaşlı qıza qarşı dəhşətli cinayətin üstü açılıb.
Titul.az Rusiya mediasına istinadən xəbər verir ki, Rostov vilayətində baş verən olayda 25 yaşlı evakuator operatoru azyaşlını Olqinskaya kəndində qaçıraraq onu öldürüb.
Belə ki, sürücü küçələrdən biri ilə hərəkətdə olarkən mağazaya gedən məktəbli qız diqqətini çəkib. Həmin şəxs qızı maşına mindirərək kəndin yaxınlığındakı boş sahəlik əraziyə aparıb. Valideynlər 2 saat yarım uşağı özləri axtardıqdan sonra axtarışlarının nəticə vermədiyini görüncə, polisə müraciət ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitəsinin dayandığı yeri aşkar ediblər. Nəticədə çöllük ərazidə məktəbli qızın meyitini tapıblar. Cinayhətkar müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
14:28 - 18 May 2024