Slovakiyada məhkəmə ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə ittiham olunan müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarı, yazıçı Yuray Sintulanın polis nəzarəti altına alınması ilə bağlı qərar verib.
Titul.az "Pravda"ya istinadən xəbər verir ki, Slovakiya məhkəməsi Baş nazir Fitsonun həyatına sui-qəsd edən şəxs barəsində nəzarət qətimkan tədbiri seçib.
Məlumatda o da bildirilir ki, Yuray Sintulanın nəzarət altında saxlanılmasına səbəb onun qaçması və cinayət fəaliyyətini davam etdirməsi ehtimalı olub.
Xatırladaq ki, mayın 17-də Yuray Sintula Handlovda Slovakiya Milli Şurasının iclasından çıxarkən Baş nazir Robert Fitsoya silahlı hücum edib. Sintula Fitsonu ov tüfəngi ilə vurub. Sintula baş nazirə hücumda günahını etiraf edib.
22:13 - 18 May 2024