Gürcüstan prezidenti Salome Zurabişvili keçirdiyi brifinqdə qalmqallı "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyduğunu bəyan edib.
Titul.az TASS-a istinadən xəbər verir ki, prezident bildirib ki, veto hüquqi qüvvəyə malikdir və bu gün parlamentə təqdim olunacaq.
"Bu gün konstitusiyamıza, Avropa standartlarına zidd olan və bununla da Avropa yolumuza maneə olan "Rusiya qanunu"na veto qoydum. Bu veto tamamilə qanunidir və bu gün parlamentə təqdim olunacaq. Bu qanun ləğv edilməlidir", - deyə Salome Zurabişvili bildirib.
Mənbə: TASS
21:44 - 18 May 2024