Tanker raketlə vuruldu - Qırmızı dənizdə QORXUNC HÜCUM

 Tanker raketlə vuruldu - Qırmızı dənizdə QORXUNC HÜCUM

Panama bayrağı altında üzən neft tankeri Yəmənin Moha limanından 10 dəniz mili cənub-qərbdə raket zərbəsi nəticəsində zədələnib.

Titul.az TASS-a istinadən xəbər verir ki, gəminin göyərtəsində yanğın baş verib.

Mayın 18-nə keçən gecə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi Yəmənin Hudeyda liman şəhərinin 75 dəniz mili şimal-qərbində, Qırmızı dənizdə gəmiyə naməlum şəxslərin hücumu barədə məlumat verib.

Tanker kapitanının verdiyi məlumata görə, gəmi naməlum obyektlə toqquşduqdan sonra müəyyən ziyan görsə də, təyinat limanına doğru yoluna davam edir.

 

 

17:17 - 18 May 2024

Xəbər lenti