Tanınmış şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib.
Titul.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumata görə, o, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.
Qeyd edək ki, İnqilab İsaq "Ümidə borclu dünya", "Deməyə sözüm var", "Aləm cənnətə dönsə", "Aydan axan bulaq", "Sabahın ümidləri", "Obaları gəzə-gəzə" və başqa əsərlərin müəllifidir.
15:57 - 18 May 2024