İran prezidentini aparan helikopterdəki bütün sərnişinlər həlak olub.
Titul.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.
"Qəzaya uğrayan helikopterin yeri aşkar ediləndən sonra sərnişinlərin sağ qalmasına dair heç bir əlamət aşkar edilməyib", - deyə o bildirib.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.
07:19 - 20 May 2024