Bakıda taxta bazarındakı güclü yanğında bir nəfər öldü - VİDEO + FOTO

 Bakıda taxta bazarındakı güclü yanğında bir nəfər öldü - VİDEO + FOTO

Bakıda inşaat materialları bazarı yanğın baş verib. 

Titul.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın qeydə alınıb.

23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi)  həkiməqədər ölümü qeydə alınıb. 

Xəsarət alan yoxdur.

FHN Mətbuat xidmətindən Titul.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

 

 

10:11 - 23 Noyabr 2023

Xəbər lenti