İran Prezidentinin helikopteri qəzaya uğradı: Rəisidən hələ də xəbər yoxdur

 İran Prezidentinin helikopteri qəzaya uğradı: Rəisidən hələ də xəbər yoxdur

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Titul.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, "prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb".

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.

16:50 - 19 May 2024

Xəbər lenti