Argentinalı futbol ulduzu Lionel Messinin İspaniyanın “Barselona” klubu ilə salfet üzərində yazılmış ilk müqaviləsi hərracda fantastik qiymətə satılıb. 762,4 min funt-sterlinqə (965 min dollar) satılıb.
Titul.az TASS-a istinadən xəbər verir ki, Britaniyanın Bonhams hərrac evinin məlumatına görə, Messinin klubla ilk müqaviləsi762,4 min funt-sterlinqə (965 min dollar) satılıb.
Hazırda Messinin 36 yaşı var. O, 2003-2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib.
Qeyd edək ki, 2000-ci il dekabrın 14-də 13 yaşında ikən imzalayıb.
23:08 - 17 May 2024